Paytaxtın “Xutor” və “Şamaxinka” adlanan ərazisində, eləcə də yaxın ətrafda olan dayanacaqlarda ya ödəmə terminalları işləmir, ya da ümumiyyətlə yoxdur. Bu haqda Bakutv xəbər verib.

Bir çox dayanacaqlarda quraşdırılan “MilliÖn” ödəmə terminal ilə qəpiklə ödəniş etmək mümkün deyil, həmən hissə bağlıdır. Bu səbəbdən sərnişinlər məcbur olur ya kağız pulnan ödəniş etsin, yada başqalarından xayiş etsin ki, onları avtobusda keçirtsin. Bu isə tıxaca və narahatçılığa səbəb olur.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi bildirib ki, terminallarda qəpik gəbul edən hissənin bağlı olması bununla bağlıdır ki, dayanacağlarda qəpik gəbuledicilər insanlar tərəfindən sındırılır, qəzalı vəziyyətdə olduğu üçün həmən hissə bağlanılır.

Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayevın sözlərinə görə, sərnişinlər artıq internet üzərindən(online.bakıkart.az), 200 artıq OBA marketdə kassalarda quraşdırılan post-terminallar və “MilliÖn”ə məxsus 1000-yaxın ödəmə terminalından BakıKartın balansını artıra bilərlər.