Bu gün, oktyabrın 26-da yağıntılı hava şəraiti ilə əlaqədar paytaxt küçələrində nəqliyyatın hərəkətində sıxlıq yaradıb.

Sumqayıt-Bakı yolunda Abşeron rayonu ərazisindən başlayaraq 20 Yanvar metrostansiyasının ərazisinə qədər gərgin sıxlıq müşahidə olunur.  Həmçinin mərkəzi küçələrdə bir sıra avtomobillərin toqquşması da qeydə alınıb. Tıxacların səbəbləri görmə qabiliyyətinin pozulması ilə bağlıdır.

Nəticədə ictimai nəqliyyatın hərəkət qrafiki pozulub, avtobusları gözləyən sərnişinlər də dayanaxcaqlarda sıxlıq yaradıb.

Bakıda yağışlı hava günün sonuna kimi davam edəcək.