Paytaxt ərazisindəki dönərxanaların beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi işləri aparılır. Bu haqda bu gün, 26 oktyabr tarixində Qida Təhlükəsziliyi Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Başlanğıc olaraq Bakı şəhəri üzrə 10 dönərxanada işçi heyətinin qida təhlükəsizliyi sahəsində təlimatlandırılması həmçinin, obyektlərin güzəştli kommunikasiya və reklam xidmətləri ilə təmin edilməsi nəzərdə tutulur.

Bununla bağlı “Nümunəvi Dönər Biznesi” layihəsi çərçivəsində Nərimanov rayonunda yerləşən iki müəssisəyə yeni avadanlıqlar təqdim olunub. Bundan əlavə, həmin obyektlərdə həssas təbəqədən olan insanların ən az iki il müddətində işləməsi planlaşdırılıb.

Layihə AQTA, KOBİA və ABAD kimi qurumların təşəbbüsü ilə təşkil olunur.

 

“Nümunəvi Dönər Biznesi” layihəsinə start verilir

Foto Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəsmi saytı
Foto Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəsmi saytı
Foto Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəsmi saytı
Foto Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəsmi saytı
Foto Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəsmi saytı Foto Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəsmi saytı Foto Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəsmi saytı Foto Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin rəsmi saytı