Bu gün, 26 oktyabr tarxində Bakının Pirallahı rayonunda Vətən müharibəsi şəhidi Vüsal Babayevin anım günü keçirilib.

Mərasimdə İcra Hakimiyyətinin və YAP partiyasının nümayindələri, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin ailə üzvləri qəhrəmanın məzarını ziyarət ediblər.

Vüsal Babayev 1992-ci il yanvarın 8-də Bakı şəhəri Pirallahı adasında anadan olmuşdur. 2020-ci il 27 sentyabr tarixində Vətən müharibəsi başlayan kimi Babayev cəbhəyə yollanılmışdır. 2020-ci il oktyabrın 21-i Füzuli rayonunun Gecəgözlü kəndində yaralı döyüş yoldaşını xilas edərkən yanına mərmi düşməsi nəticəsində qəhrmanacasına şəhid olmuşdur.

Vüsal Babayev ölümündən sonra “Vətən uğrunda” medalı və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Ölümdən sonra şəhidin ailəs onun xatirəsini əbədiləşdirmək üçün onun şəxsi əşyalarını Azərbaycan İstiqlal Muzeyinə bağışlamışdır. Ailəli idi, iki övladı yadigar qalmışdır.

Pirallahıda şəhid Vüsal Babayevin xatirəsi anılıb

Foto AZƏRTAC-ın saytı
Foto AZƏRTAC-ın saytı
Foto AZƏRTAC-ın saytı Foto AZƏRTAC-ın saytı