Pirallahı rayonunda 2 narkotacir saxlanılıb. Bu haqda bu gün, 26 oktyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Əmiraslan Əmiraslanov və qəsəbə sakini Rahil Quliyev narkotik dövriyyəsində şübhəli bilinərək tutulublar. Onların üzərindən eləcə də, R.Quliyevin yaşadığı evdən külli miqdarda heroin və metamfetamin aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Daha öncə bu gün, 26 oktyabr tarixində Payaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsində 1 nəfər narkotik alverçisi saxlanılmışdır.