E-Təbib Azərbaycanda iri ticarət mərkəzlərində uzun növbələrə son qoyacaq. Sadəcə şəxsiyyət vəsiqəsi ilə istənilən obyektə rahatlıqla daxil olmaq olacaq. Bu haqda 26 oktyabr tarixində TƏBİB xəbər verib.
Artıq ticarət mərkəzlərinə daxil olarkən sadəcə şəxsiyyət vəsiqəsini MRZ (machine-readable zone) aparatından keçirməklə rahat və tez daxil ola biləcəklər. E-Təbib-in yeni E-Təbib Pro versiyalı program təminatı istifadəyə verib.
Tətbiqi unikal edən əsas 4 amil isə bunlardır:
- Sertifikat əldə etmək imkanı (vaksin, əks göstəriş, immunitet)
- Laboratoriya analizləri
- Sağlamlıq statusu
- Randevu-vaksinasiya-onlayn növbə
İstifadə etdiyiniz sistemdən asılı olaraq tətbiqi “Play Market” və ya “AppStore” vasitəsilə “E-Tabib” və ya “E-Təbib” yazaraq smartfonunuza endirin.
Android : https://play.google.com/store/apps/details?id=az.gov.etabib