3-7 noyabr tarixində Bakıda 5-ci “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək. Festival Yarat Müasir İncəsənət Mərkəzində baş tutacaq və filmlər nümayiş olunacaq.

Builki filmlərin əksəriyyəti insanların daxili və xarici metamorfozlarına, öz daxili axtarışlarına və yer üzündəki varlıqlarının mənasına həsr edilir.

Nümayişə təqdim olunacaq filmlərin siyahısı:

  • 3 Noyabr, 16:00 – “Sementara / Keçid” (Sinqapur) (18+) (müddəti: 01:43)
  • 4 Noyabr, 15:00 – “Oğlan” (Rusiya) (18+) (müddəti: 00:52)
  • 16:00 – “Su pərisi olmaq”, (Azərbaycan) (13+) (müddəti: 08:13), “Sonrakı hekayələr” (Braziliya) (18+) (müddəti: 01:00:00)
  • 5 Noyabr, 16:00 – “Bir addım irəli, bir addım geri” (Rusiya) (18+) (müddəti: 01:00)
  • 18:00 (3 qısametrajlı filmlər) – “Yerə 8 dəqiqə” (Rusiya) (16+) (müddəti: 24:30), “Dilimi dişlədim” (16+) (Fransa) (müddəti: 25:00), “Unutmağın ritmi” (Livan) (18+) (müddəti: 26:00)
  • 6 Noyabr, 18:00 – Çingiz Rəsulzadənin xatirəsinə, “Jestlər…Barışıq” (müddəti: 00:10:00) “Bu, həqiqətin səsidir” (müddəti: 00:50:00), “İnsan” (18+) (müddəti: 00:20:00)
  • 7 Noyabr, 18:00 – “Səsin simfoniyası” (müddəti: 01:36:31)

Filmlər orijinal dildə, Azərbaycan dilində altyazılarla göstəriləcək.

Qeydiyyatdan keçmək üçün +994 50 246 92 92 nömrəsilə saat 10:00-dan 18:30-dək əlaqə saxlaya bilərsiniz.

Tamaşaçı qismində iştirak etmək istəyənlərin COVID pasportunun olması mütləqdir.