Bakının Nərimanov rayonunda cinayət törədən şəxs saxlanılıb. Bu haqda 27 oktyabr tarixində Report xəbər verib.

Nərimanov Rayon Polis İdarəsi tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 22 yaşlı Tural Heydərovu yaşadığı mənzildə bıçaqlayaraq qaçan Şükran Əliyev tutulub.

25 oktyabr tarixində paytaxt ərazisində bıçaqlanma hadisəsi qeydə alınmışdır.