28 oktyabr tarixində Bakıda gənclərinin Misir Ərəb Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri ilə görüşü keçiriləcək. Tədbir Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə eyniadlı məkanda saat 16:00-da baş tutacaq.

Tədbir “Binəqədi Gənclər Evinin Fəxri Qonaq” layihəsi çərçivəsində keçiriləcək. Bu həftə isə gənclər evinin qonağı Misir Ərəb Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri cənab Adel İbrahim Ahmed olacaq.

Görüşdə iştirak etmək üçün, təşkilatın İnstagram səhifəsinin mesaj qutusuna yazın.