Yeni növ koronavirus infeksiyasına yoluxma statistikası bu gün, 27 oktyabr tarixində ictimaiyyətə təqdim olunub.

Ən yüksək yoluxma faizi yenə də Binəqədi rayonunda, ən aşağı yoluxma faizi isə Pirallahıda qeydə alınıb. Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası aşağıdakı kimidir:

  • Binəqədi – 14,6%
  • Xətai – 13,5%
  • Yasamal – 11,7%
  • Sabunçu – 11,8%
  • Suraxanı – 8,4%
  • Nərimanov – 7,8%
  • Nəsimi – 7,6%
  • Xəzər – 7,6%
  • Nizami – 7,1%
  • Səbail – 4,9%
  • Qaradağ – 4,4%
  • Pirallahı – 0,5%

Təqdim edilən statiskaya görə koronovirusa yoluxma hallarının 53,4 faizi Bakının payına düşür.

26 oktyabr 2021-ci il tarixində olan məlumata əsasən son sutka ərzində 2266 nəfər COVİD-19 infeksiyasına yoluxub, 24 nəfər vəfat edib. Aktiv xəstə sayı 26.703 nəfər təşkil edir.