30-31 oktyabr tarixlərində Bakıda ödənişsiz “Natiqlik məktəbi” layihəsi start götürəcək.

Tədbir Sabunçu Gənclər Evi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin “Brain Design” və Diksiya Akademiyası ilə birgə əməkdaşlığı çərçivəsində keçiriləcək.

Layihənin məqsədi gənclərin auditoriya qarşısında komplekslərdən azad olaraq səlis bir nitqə sahib olmaları, həmçinin bu istiqamətdə natiq kimi formalaşmalarıdır.

Təlimçi qismində Şalan Novruz, Orxan Mahmudov və Nuranə Abıyeva iştirak edəcəklər.

Layihə çərçivəsində “Nitq və uğur”, “Effektiv ünsiyyət bacarıqları”, “Düzgün nəfəs almaq və ağız tənbəlliyi”, “Auditoriya ilə münasibət” və “Sürətli danışmaq və düzgün intonasiya” mövzularında təlimlər keçiriləcək.

İki gün davam edəcək təlimləri bitirən gənclərə sertifikatlar təqdim olunacaq.

Layihənin iştirakçısı olmaq üçün Sabunçu Gənclər Evinin İnstagram səhifəsindəki paylaşımın rəy bölməsinə “+” yazmaq kifayətdir.