Bakıda “Qrafik dizayn” üzrə ödənişli təcrübə keçirilir. Bu haqda karyera_aze xəbər verib.
Namizədlər Qrafik dizayn sahəsində “VİP Status spirtli içkilər zavodu”nda təcrübə keçəcəklər. Onlar Photoshop ilə işləməyi bacarmalı və kreativ, yaradıcı düşüncəyə malik olmalıdırlar.
Zavod tərəfindən təminatlar:
- Part-time (14:00-18:00) işləmək istəyən təcrübəçiyə 150 AZN, full-time 300 AZN ödənilir
- Nahar şirkət tərəfindən verilir. Part-time təcrübəçi bir az tez gəlib nahar edə bilər
- Komandada əsas dizayner var. Ondan qablaşdırma, məhsul dizaynı, brendbook hazırlanmasını öyrənəcək
Təcrübəçilər Sosial Media postlarının və POS material dizaynlarının hazırlanmasında iştirak edəcəklər.
Müraciət etmək istəyən namizədlər CV və portfoliolarını (əgər varsa) [email protected] ünvanına “Təcrübəçi” başlığı ilə göndərə bilər.