Paytaxtın Nəsimi rayonunda yerləşən restoranların birindən oğurluq edən şəxs saxlanılıb. Bu haqda bu gün, 27 oktyabr tarixində Report məlumat yayıb.

Bakı şəhər sakini E.Mustafayev 19 oktyabr tarixində qeyd olunan rayon ərazisindəki ictimai iaşə obyektindən 4060 manatlıq noutbuk, eləcə də 4 ədəd planşet və spirtli içki oğurlamaqda şübhəli bilinir.

E.Mustafayev Nəsimi və Binəqədi rayon polis idarələrinin birgə keçirdikləri əməliyyat nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bundan əvvəl, 26 oktyabr tarixində paytaxtın Xətai rayonunda ofisdən oğurluq edən şəxs saxlanılmışdır.