Paytaxtın Nəsimi rayonu Seyid Cəfər Pişəvəri küçəsi 14, 20 ünvanında abadlaşdırılıb. Bu haqda bu gün, 27 oktyabr tarixində Nəsimi Rayon İcra Hakimiyyətinin mətbuat xidməti məlumat yayıb.

Ərazidə müxtəlif idman qurğuları, futbol və şahmat meydançaları salınıb. 2 söhbətgah inşa edilib, eləcə də tullantılar üçün qutular, quş yuvaları, it damı quraşdırılıb.

Binaların fasadları və işıqlandırma bərpa olunub. Həyətdə 50 ədəd ağac əkilib, 1600 kv.m sahəyə yaşıllıq salınıb. Həmçinin, fiziki məhdudiyyətli insanların rahat hərəkət etmələri üçün şərait yaradılıb.

Abadlaşdırılma işləri IDEA İctimai Birliyinin “Bizim həyət” layihəsi çərçivəsində təşkil olunur.

Bundan əvvəl, 21 okytabr tarixində eyniadlı rayonunun Hüseyn Seyidzadə küçəsi 1 və 2a ünvanında yenidənqurma işlər aparılmışdır.

“Bizim həyət” layihəsi davam edir

Foto Nəsimi Rayonu İcra Hakimiyyətinin rəsmi saytı

Foto Nəsimi Rayonu İcra Hakimiyyətinin rəsmi saytı Foto Nəsimi Rayonu İcra Hakimiyyətinin rəsmi saytı Foto Nəsimi Rayonu İcra Hakimiyyətinin rəsmi saytı Foto Nəsimi Rayonu İcra Hakimiyyətinin rəsmi saytı Foto Nəsimi Rayonu İcra Hakimiyyətinin rəsmi saytı Foto Nəsimi Rayonu İcra Hakimiyyətinin rəsmi saytı Foto Nəsimi Rayonu İcra Hakimiyyətinin rəsmi saytı