Pirallahı rayonunda COVİD-19 testi istehsal edəcəklər. Bu haqda bu gün, 27 oktyabr tarixində istehsalçı zavod məlumat yayıb.

“Diamed” şirkəti PZR testlərin istehsalına start verir. Bildirilir ki, yerli testlərin qiyməti aşağı olacaq.

Zavod artıq gün ərzində 20.000 test istehsal edir.

“Diamed” şirkəti Azərbaycanda ilk tibbi istehsal zavodu açmışdır. Bugünə qədər müəssisə ancaq birdəfəlik şprislər istehsal edirdi.