Paytaxtın Səbail rayonunda yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 27 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində yerləşən ümumi sahəsi 60 kv.m olan mənzilin mətbəxi qismən yanıb. Mənzilin digər hissələrinə ziyan dəyməyib.

Yanğın FHN-nin əməkdaşları tərəfindən söndürülüb.

Bundan əvvəl, 27 oktyabr tarixində paytaxtın Binəqədi rayonunda yanacaqdoldurma məntəqəsinin ərazisində yanğın baş vermişdir.