Bakının Səbail rayonunda aylardır ki, bir küçədə telefon xətti çəkilmir.

Bakuplus-un əldə etdiyi məlumata əsasən, 20-ci sahə adlanan ərazidə, Elçin Əzizov küçəsi, dalan 2 ünvanında yaşayan 10 ailə Yasamal ATS ilə iyun ayında müqavilə bağlayıb, onlara yaxın müddətdə əraziyə baxış keçirəcəyi söz verilib, lakin bu günə kimi nə baxış, nədə telefon xətti çəkilməyib.

“Hər ay Baktelecoma təkrar müraciyyət edirik, onlar isə sizin müqaviləniz təstiqlənib, yaxın müddətdə həll olunacaq deyirlər,” – sakin bildirib.

Bu ərazidə yaşayanlar sadəcə istəyirlər ki, müqaviləyə əsasən bu küçədə yeni telefon qovşağı quraşdırılsın, nəticədə telefon xətti üzərindən ailələr internetə qoşula bilsinlər. Hal-hazırda sakinlər məcbur olub mobil operatorların təklif etdiyi internet paketlərindən istifadə etsinlər, bu isə onlara çox baha başa gəlir.