Paytaxtın Suraxanı rayonunda fəhlə kimi işləyən şəxs həlak olub. Bu haqda bu gün, 27 oktyabr tarixində Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

25 oktyabr tarixində 49 yaşlı İqram Dervişov “Xəyal Adaları” yaşayış kompleksində tikinti işləri apararkən üzərində dayandığı 2 metr hündürlüyündəki ayaqaltıdan yıxılıb. O, başından aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb.