Xəzər dəniz sahilində Bakı sakini olan brakonyer saxlanılıb. Bu haqda 27 oktyabr tarixində Bakupost.az xəbər verib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən Xəzər dənizində keçirdiyi reydlər zamanı qanunsuz balıq ovu ilə məşğul olan Bakı şəhər sakini Kamal Mehtiyev saxlanılıb.

Eyni zamanda, ayrı-ayrı rayonların inzibati ərazisində qanunsuz ov edən çəxslər saxlanılıb. Onlara protokol tərtib olunub və brakonyerlər ümumilikdə 7000 manat məbləğində cərimələnib.

Keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 560 metr uzunluğunda sintetik tor yığışdırılıb.