Bakı şəhəri, Xəzər rayonunda Mərdəkan qəsəbəsində zibil qutuların yaxınlığında qumbara aşkar olunub. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bu gün, 28 oktyabrda məlumat yayıb.

Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb olunub. Mütəxəssislər əraziyə girişi məhdudlaşdıraraq insanları təhlükəsiz məsafəyə aparıblar. Daha sonra qeyd olunan yerində F-1 əl qumbarası aşkar olunaraq ərazidən götürülüb.

Hadisə yerində başqa təhlükəli və ya şübhəli əşyaları tapılmayıb.

Oxşar hadisə 25 oktyabr tarixində baş vermişdir. Nərimanov rayonunda Ziya Bünyadov prospekti, 56/2 ünvanında qazıntı işləri zamanı qumbara aşkar olunmuşdur.

Bakıda daha bir qumbara tapılıb: pirotexniklər cəlb olunub

Foto FHN-nın rəsmi saytı
Foto FHN-nın rəsmi saytı
Foto FHN-nın rəsmi saytı Foto FHN-nın rəsmi saytı