31 oktyabr tarixində Bakıda “Fulya” sənədli filminin təqdimat mərasimi keçiriləcək. Tədbir Nizami Kino Mərkəzində baş tutacaq. Bu haqda 28 oktyabr Mədəniyyət Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Film “Azərbaycanfilm” kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalıdır.

Təqdimatda “Fulya”nın yaradıcı heyəti, həmçinin filmin qəhrəmanları – Türkiyəli media nümayəndələri Fulya Öztürk və Halil Kahraman iştirak edəcəklər.

8 oktyabrdan etibarən “Fulya” filmi Türkiyənin kinoteatrlarında nümayiş olunur.