Bu gün, 28 oktyabr tarixində paytaxtda fəaliyyət göstərən avtobusunun şüşələri sınıb. Bu haqda məlumat sosial şəbəkələrdə yayılıb.

Sosial şəbəkə istifadəçiləri bunun salondakı sərnişin sıxlığından baş verdiyi iddia edib.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, həmin marşrut Çinar Trans MMC şirkəri tərəfindən qulluq edilir. Şirkətun verdiyi məlumata görə, şüşə rezindən çıxaraq sınıb. Avtobusunun qapısına yeni şüşə quraşdırlıb.