Bu gün, 28 oktyabrda gecə saatlarında paytaxtın Sabunçu rayonunda qarajda yanğın olub. Bu haqda Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat yayıb.

Ümumi sahəsi 100 kv.m olan qarajın yanar konstruksiyaları, həmçinin içəridə olan “Opel” və “Nissan” markalı minik avtomobilləri yanıb. Hadisə yerinə FHN yanğınsöndürmə briqadası cəlb olunub, yanğın söndürülüb. Bitişik tikililər yanğından mühafizə olunub.

Daha öncə, 9 oktyabr tarixində Qaradağ rayonunda iki avtomobil yanıb.