Paytaxtın Nəsimi rayonu Rəşid Behbudov küçəsində avtoqəza baş verib. Bu haqda bu gün, 28 oktyabr tarixində sosial şəbəkələrdə yayılan videogörüntülərdən məlum olub.

“Wolt” kuryeri kimi fəaliyyət göstərən motosikletçi taksi ilə toqquşub.

Motosikletçinin ağır xəsarət aldığı bildirilir.