Bakının Nəsimi rayonu, Bəşir Səfəroğlu küçəsi 148 ünvanında asfaltla örtülən ağacı quruma təhlükəsindən xilas olunub. Bu haqda bu gün, 28 oktyabr tarixində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Vaqif Cavadov məlumat verib.
Ağacın yerləşdiyi ünvanına Nəsimi rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri cəlb olunub və həmin ağacın dibi asfalt döşəmədən təmizlənib.
18 oktyabr tarixində paytaxtın Xətai rayonu Cavanşir və Sadıqcan küçələrinin kəsişməsindəki şam ağaclarının quruması ilə bağlı araşdırma aparılmışdır və tikinti şirkəti cərimələnmişdir.