Noyabr ayının ilk ongünlüyündə Bakıda silsilə zəfər tədbirləri təşkil ediləcək. Şanlı Qələbəmizin birinci ildönümünə həsr olunmuş bu tədbirlər Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq. Bu haqda nazirliyin mətbuat xidməti məlumat yayıb.

1-10 noyabr tarixlərində baş tutacaq qələbə notlarına köklənmiş proqramlar siyahısını təqdim edirik:

Heydər Əliyev Sarayında Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası və solistlərin iştirakı ilə Azərbaycan bəstəkarlarının qələbəyə həsr olunmuş.

  1. “Qarabağ Azərbaycandır!” simfonik konserti, “Qarabağ şikəstəsi” Oratoriyası
  2. “4.4” Qısa tamaşalar Festivalı Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
  3. “Havalansın Xanın səsi!” Beynəlxalq Muğam Mərkəzində milli musiqi axşamı
  4. “Jazz says Victory” adlı caz axşamı Beynəlxalq Muğam Mərkəzində
  5. “Can Azərbaycan” Dövlət Uşaq Filarmoniyasında
  6. “Cavad xan” baleti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında
  7. “Zəfər Günün mübarək”Kamera və Orqan Musiqisi zalında

gənc istedadların iştirakı ilə konsert, teatr müəssisələrində Vətənpərvərlik mövzusunda tamaşaların nümayişi daxil edilib.

Vətən Müharibəsindəki şanlı Qələbəmizə həsr olunmuş bəstəkarlıq müsabiqəsinin qalibləri də Zəfər günləri ərəfəsində elan olunacaq.

Tədbirlərə qələbənin təminatçıları olan qazi və Şəhid ailələri, qazilər, müharibə iştirakçıları dəvət olunacaq.