1 noyabr tarixində məktəblilərin Zəfər Gününə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgisi təşkil ediləcək. Sərgi Təsviri Sənət Qalereyasında keçiriləcək. Bu haqda Bakı Şəhər Baş Təhsil İdarəsi məlumat yayıb.

Sərginin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, qazanılmış möhtəşəm tarixi Zəfəri əsərlərdə nümayiş etdirmək, xüsusi istedada malik uşaqları üzə çıxarmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdən ibarətdir.

Sərgiyə baxmaq istəyənlər saat 10:00-dan 17:00-dək Təsviri Sənət Qalereyasına gələ bilər.