3 noyabr tarixində Bakıda Bəhram Bağırzadəylə görüş keçiriləcək. Tədbir Bakı Kitab Mərkəzinin təşkilatçılığı ilə eyniadlı məkanda saat 12:00-da başlayacaq.

Ödənişsiz əsaslarla baş tutacaq görüşdə Bağırzadənin yeni “Azərbaycan Silahlı Qüvvələr” kitabının təqdimat mərasimi də baş tutacaq.

Tədbirə giriş üçün “COVID-19 vaksin sertifikatı” və ya “COVID-19 immunitet sertifikatı” təqdim etmək xahiş olunur.