Paytaxtın 4 və Abşeron rayonlarında narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib. Bu haqda bu gün, 29 oktyabr tarixində Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Nəsimi, Xətai, Binəqədi, Nizami və Abşeron rayonlarında 14 nəfər saxlanılıb, ümumilikdə 30 kiloqramdan çox narkotik maddə, 40 ədəd metadon və 10 kiloqrama yaxın metamfetamin dövriyyədən çıxarılıb.

Son sutka ərzində ölkə ərazisində keçirilən əməliyyatlar zamanı ümumilikdə 17 nəfərdən 64 kiloqramdan çox narkotik maddə aşkarlanıb.