Bakının küçələrində elektrik skuterlərdən istifadə edənlər sürücülərə təhlükə yaradır. Bu haqda xəzərxəbər məlumat verib.

Avtomobil yollarına çıxan skuter idarə edənlər işıqfor və nizamlayıcı işarələrə məhəl qoymurlar. Avtomobil sürücüləri deyir ki, onlar qəflədən avtomobillərin arasından çıxırlar və ya yolun qırağı ilə yox, düz yolun hərəkət hissəsi ilə sürürlər. Bu isə qəzaya səbəb olur.

DYP bildirib ki, qaydanı pozan skuter sürücüləri cəzalandırılacaqlar və qanunla nəzərdə tutulmuş 20 manatdan 100 manatadək cərimələnəcəklər.

Qeyd edək ki, velosipedlər və elektrik skuterlərin istifadəsi üçün Ağ Şəhər və Yeni Bulvar ərazisində xüsusi zolaqlar ayrılıb.