28 oktyabr axşam saatlarında paytaxtın Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Bakıda intihara cəhdin qarşısını alıblar. Bu haqda FHN-nin mətbuat xidməti məlumat yayıb.

Rayonun ərazisində tikilməkdə olan binanın 10-cu mərtəbəsinə çıxaraq naməlum şəxs intihara cəhd edib. Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunaraq, vətəndaşla psixoloji söbətlər apardıqdan sonra, o, özünə qəsd etmək fikrindən daşınıb.

Daha öncə, 25 oktyabr tarixində Nərimanov rayonu Atatürk prospektində 18 yaşlı Elvar Xudiyev yaşadığı doqquzmərtəbəli binanın damına çıxaraq özünü oradan atmışdır.