29 oktyabr tarixində Qaradağ rayonunda Vətən müharibəsi şəhidi anılıb. Bu haqda Qaradağ Rayonu İcra Hakimiyyəti xəbər verib.

Lökbatan qəsəbəsindəki Şəhidlər xiyabanında yerləşən Məzdək Eyvazlının məzarı ziyarət olunub. Tədbirdə Qaradağ rayonunun ictimayyət nümayəndələri, şəhidin ailəsi, yaxın dostları iştirak ediblər. Vətən müharibəsində şəhidin qəhrəmanlığından, vətənpərvərliyindən danışılıb. Sonda isə xatirə şəkili çəkilib.

Məzdək Eyvazlı 2020 ci il 29 oktyabr tarixində Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Foto Qaradağ İcra Hakimiyyətinin rəsmi saytı
Foto Qaradağ İcra Hakimiyyətinin rəsmi saytı