Oktyabrın 28-dən 29-na keçən gecə Bakıda piyadaların vurulması ilə nəticələnən 5 qəza baş verib. Toqquşma nəticəsində 4 nəfər xəsarət alıb, 1 nəfər ölüb.
66 yaşlı Xanım İsgəndərova Xətai rayonunun “Ukrayna dairəsi”nə çıxaraq yolu keçmək istəyib. Nəticədə onu avtomobil vurub. Yaralı xəsətəxanaya qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları ilə çatdırılıb. Qadın reanimasiya söbəsinə keçirilib.
Sabunçu rayonu Bakıxanov qəsəbəsində 50 yaşlı Afət Əıiyevanı avtomobil vurub. Qadın aldığı xəsarətlərdən yerindəcə keçinib.
Nərimanov rayonunda avtomobil yolu keçən 21 yaşlı Elşad Ağayevı vurub. Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya yerləşdirlib.
Daha iki yol qəzası Nəsimi rayonunda baş verib. 25 yaşlı Yazsi Dibirova və 38 yaşlı Xaliq Orucovu avtomobillər vurub. Hər iki piyada xəstəxanaya yerləşdirilib.
Bütün faktlarla bağlı araşdırmalar aparılır.