Xətai rayonu, Cavanşir küçəsi, 70 ünvanında Vətən Müharibəsi şəhidi  polkovnik-leytenant Xeyrulla İbrahimov və Birinci Qarabağ müharibəsi şəhidi Faiq Sadıqovun xatirə lövhələrinin və parkın açılış mərasimi 28 oktyabr tarixində baş tutub.

Mərasimdə İcra Hakimmiyətinin rəsmiləri, YAP partiyasının nümayəndələri, şəhid atası Əli Nur, əməkdar artist Sərvər Əliyev,  şəhidin ailə üzvləri, qazilər və Vətən müharibəsi iştirakçıları iştirak ediblər. Tədbir bir dəqiqəlik sükutla və hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıb.

Xeyrulla İbrahimov 1971-ci ildə Bakıda anadan olmuşdur. Ailəli idi, iki oğlu yadigar qaldı. İbrahimov həm Birinci, həm də İkinci Qarabağ müharibəsində işritak etmişdir. Oktyabrın 26-da Xocavənd döyüşləri zamanı şəhid olub. İkinci Şəhidlər Xiyabanında dəfn olunub.

Faiq Sadıqov Birinci Qarabağ müharibəsinə könüllü olaraq getmişdir. Qubadlıda, Zəngilanda və Laçında döyüşüb. 1993-cü il avqustun 18-də Laçın döyüşlərində şəhid olmuşdur. Cənazəsi bu günə qədər Laçında qalmışdır.

Foto Xətai Rayonu İcra Hakimiyyətinin rəsmi saytı

Foto Xətai Rayonu İcra Hakimiyyətinin rəsmi saytı Foto Xətai Rayonu İcra Hakimiyyətinin rəsmi saytı Foto Xətai Rayonu İcra Hakimiyyətinin rəsmi saytı Foto Xətai Rayonu İcra Hakimiyyətinin rəsmi saytı Foto Xətai Rayonu İcra Hakimiyyətinin rəsmi saytı Foto Xətai Rayonu İcra Hakimiyyətinin rəsmi saytı