6 noyabr tarixində Bakıda “Zəfər günü”nə həsr olunmuş “Məğlubedilməzlərin Yolu” adlı onlayn forum keçiriləcək. Tədbir “Xəzər Gənclər Evi” və “Azərbaycan Gənc Könüllülər Akademiyası”nın birgə təşkilatçılığı ilə saat 20:00-da başlayacaq.

Forumda FOX TV aparıcısı Fulya Öztürk, A Haber müxbiri Kerim Ulak, Ertan Üstündağ – Türk Özəl Qüvvələrdə müəllim Ertan Üstündağ, Şəhid İmran və Bəhram qardaşlarının atası Elman Məmmədov, qazi Amin Musayev, ADPU- Filologiya üzrə Fəlsəfə Doktoru Təranə Nağıyeva, CNN Türk – Operator Halil Kahraman və Suqovuşana Bayraq sancan İlkin Fərzəliyev olacaqlar.

Forum Zoom platforması vasitəsilə ödənişsiz əsaslarla keçiriləcək.