Bu gün Bakıda “Beynəlxalq təmsilçilik / Rəqəmsal İştirakçılıq Alətləri” “workshop” təşkil olunacaq. Təlim Binəqədi Gənclər Evinin təşkilatçılığı ilə saat 14:00-da baş tutacaq.

Təlimçi qismində Spatrix platformasında layihə meneceri olan Səfiyyə Babazadə iştirak edəcək.

“Workshop” ərzində aşağıdakı mövzulardan bəhs ediləcək:

  • Beynəlxalq layihələrdə necə iştirak etmək olar?
  • İştirakçılıq üçün hansı proqramlar və platformalar mövcuddur?
  • Uğurlu beynəlxalq təmsilçilik nümunələri
  • Rəqəmsal iştirakçılıq nədir və faydaları?
  • Rəqəmsal iştirakçılıq üçün faydalı platformalar / alətlər

Təlimdə iştirak etmək üçün qeydiyyatdan keçmək mütləqdir.