Gecə saatlarında Bakıda yanğın baş verib. Hadisə paytaxtın Yasamal rayonu ərazisində qeydə alınıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Yeni Yasamal yaşayış massivi ərazisində Talıblı küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib. İlkin məlumata əsasən, yanğın nəticəsində binanın şaxtasından keçən elektrik kabelləri yanıb.

Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə baş verən ünvana cəlb olunub. Yanğın FHN əməkdaşları tərəfindən söndürülüb. Mənzillər yanğından mühafizə olunub.

FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən 30 nəfər bina sakini (onlardan 8-i uşaqdır) təhlükəsiz əraziyə təxliyə olunub.