Ötən gün Bakıda Yasamal rayon Gənclər və İdman İdarəsinin və Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə baş tutan qılıncoynatma üzrə turnirin final mərhələsi başa çatıb.Turnir Vətən müharibəsi şəhidləri Denis Əliyev və Dmitriy Solnsevin xatirəsinə həsr olunub.

Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra idarənin rəisi İlham Səfərov açılış mərasimində turnirin önəmindən danışıb.

“Turnirdə 30-a yaxın yeniyetmə və gənc qüvvəsini sınamışdır. Bu tədbirlərin keçirilməsində başlıca məqsəd şəhidlərin ailə üzvləri ilə birlikdə tədbirlərə qatılmaq və şəhidlərin keçdikləri qəhrəmanlıq yollarının yeniyetmələr və gənclər arasında təbliğ etməkdən ibarətdir”.- Yasamal rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov qeyd edib.

Turnirdə Bakı Şəhər Gənclər və İdman Baş idaərsinin rəisi Raqif Abbasov, 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin direktoru Əjdər Cəfərov, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları, və Şəhid Ailələri” İctimai Birliyinin Yasamal rayon Təşkilatının sədri Bəhram Şeydayev də çıxışlarında şəhidlərin xatirəsini ehtiramla anıblar.

Sonda şəhidlərin ailə üzvləri çıxış edib və vətən oğullarımızın keçdiyi ömür yolundan danışıblar.

Foto Azerbaijan Fencing Federation Facebook səhifəsi

Foto Azerbaijan Fencing Federation Facebook səhifəsi Foto Azerbaijan Fencing Federation Facebook səhifəsi Foto Azerbaijan Fencing Federation Facebook səhifəsi Foto Azerbaijan Fencing Federation Facebook səhifəsi Foto Azerbaijan Fencing Federation Facebook səhifəsi Foto Azerbaijan Fencing Federation Facebook səhifəsi Foto Azerbaijan Fencing Federation Facebook səhifəsi Foto Azerbaijan Fencing Federation Facebook səhifəsi Foto Azerbaijan Fencing Federation Facebook səhifəsi