Xətai rayonu “Ukrayna” dairəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda Oxu.az bu gün, 30 oktyabr gecə saatlarında məlumat verib.
Yüksək sürətlə hərəkətdə olan avtomobilin sürücüsü idarəetməni itirərək işıq dirəyinə çırpılıb. Avtomobildə olan sərnişin xəsarət alıb. Dirəyə və avtomobilə maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.
Ötən gün, oktyabrın 29-u həmin ərazisində yol qəzası nətcəsidnə piyada xəsarət almışdır.