Bakıda sərxoş qadın özünü yolun ortasına ataraq təhlükəli vəziyyət yaradıb. Hadisə Nəsimi rayonu ərazisində “4 mkr dairəsi” adlanan ərazidə baş verib. Bu haqda Baku Tv 30 oktyabr tarixində xəbər verib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətindən qadının yola çıxaraq ciddi təhlükə yaratması ilə bağlı fikir bildirilib. Məlumata əsasən, 19-cu Polis bölməsinin əməkdaşları qadını yoldan uzaqlaşdıraraq bölməyə aparıblar.
Qeyd olunub ki, hadisə zamanı qadın sərxoş olub.