Bakıda “Zəfər günü”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində 1-5 noyabr tarixlərində “4.4 Qısa Tamaşalar Festivalı” keçiriləcək. Festival Mədəniyyət Nazirliyi və Teatro.az sənət portalının təşkilatçılığı ilə baş tutacaq.

Təkcə dövlət teatrlarını deyil, həmçinin özəl teatr kollektivlərini, müstəqil sənətçiləri əhatə etməklə, yeni istedadların aşkarlanmasına da zəmin yaratmaq məqsədi daşıyan festivalın mükafat fondu I, II və III yerlər üçün müvafiq olaraq 1500, 1000 və 750 manat nəzərdə tutulub.

Bundan əvvəl, “Zəfər günü”nə həsr olunacaq silsilə tədbirlər barədə məlumat vermişdik. Tədbirlər 10 noyabr tarixinə qədər davam edəcək.