Nəsimi rayonunda 28 May küçəsində polis əməkdaşları tərəfindən yararlı qumbara aşkarlanıb. Bu haqda Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bu gün, 30 oktyabr tarixində məlumat yayıb.

Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb olunub. Mütəxəssislər əraziyə girişi məhdudlaşdıraraq insanları təhlükəsiz məsafəyə aparıblar. Daha sonra, köhnə evin dağıntılarında RQD-5 markalı əl qumbarası aşkar olunaraq ərazidən götürülüb.

Hadisə yerində başqa təhlükəli və ya şübhəli əşyalar tapılmayıb.

Oxşar hadisə 28 oktyabr tarixində baş vermişdir. Xəzər rayonu Mərdəkan qəsəbəsində zibil qutularının yaxınlığında qumbara aşkar olunmuşdur.

Qumbara rqd5

Foto FHN-nın rəsmi saytı
Foto FHN-nın rəsmi saytı
Foto FHN-nın rəsmi saytı
Foto FHN-nın rəsmi saytı Foto FHN-nın rəsmi saytı Foto FHN-nın rəsmi saytı