29 oktyabr axşam saatlarında Nərimanov prospeki Atatürk prospektində yerləşən evində yanğın baş verib. Bu haqda Fövqəlada Hallar Nazirliyinin (FHN) mətbuat xidməti məlumat verib.

Hadisə yerinə FHN-nin yanğınsöndürmə briqadası cəlb olunub. Fərdi evinə bitişik ümumi sahəsi 30 kv.m olan qeyri-yaşayış tikilinin yanar konstruksiyaları yanıb. Ev yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.

Daha öncə, 29 oktyabr gecə saatlarında Biləcəri qəsəbəsində yanğın baş vermişdir. Hadisə nəticəsində ev və onun sahibinə məxsus həyətyanı sahədə “Nissan”, “Lexus” və “Mercedes” markalı avtomobillər yanmışdır.