Bu gün Oqtay Babazadə 80 illiyini qeyd edir.

O.Babazadə150-dən çox sənədli filmin rejissoru olub. “Hakim ” (Tofiq Bəhrəmov), “Hücumçu həmişə irəlidədir” (Ələkbər Məmmədov), “Leyla və onun dostları”, “Rənglərin ahəng i” (Toğrul Nərimanbəyov), “Uzaq və yaxın Lütvü Zadə “, “Alban abidələri”, “Alim” (Rafiq Əliyev) və s. filmlərin ekran həyatı bu mənada çox uğurlu olmuşdur.

Oqtay Ələkbər oğlu Babazadə 1941-ci ildə Bakıda anadan olmuşdur. 1968-ci ildə ADU-ni, 1979-cu ildə isə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya institutunu bitirmişdir. 1959-cu ildən Dövlət Teleradio Verlişləri Şirkətində çalışır, ali dərəcəli rejissordur.