Bakı Metropolitenində qısaqapanma baş verib. Bu haqda bu gün, 30 oktyabr tarixində Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qatar 28 may stansiyasına yaxınlaşarkən relslərdəki elektrik naqillərində nasazlıq yaranıb. Nəticədə kabelin 0,5 poqonometr hissəsində tüstülənmə yaranıb.

Alışmanın qarşısı Metropolitenin əməkdaşları tərəfindən alınıb.

Bir müddət öncə sosial şəbəkələrdə 28 stansiyasında tüstülənmə baş verdiyi barədə videogörüntülər yayılmışdır.