Paytaxtın Suraxanı rayonunda qətl hadisəsi baş verib. Bu haqda bu gün, 30 oktyabr tarixində Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

29 oktyabr saat 23:00 radələrində 43 yaşlı Zakir Hüseynov yaşadığı evin yaxınlığında qonşusu ilə mübahisəsi yaranıb. Nəticədə mərhum 28 yaşlı Anar Salmanov tərəfindən bıçaqlanaraq öldürülüb.

A.Salmanov saxlanılaraq barəsində cinayət işi açılıb.