Z.Bünyadov prospektinin Ə.Rəcəbli küçəsi ilə kəsişməsi hissəsində tıxac yaranıb. Bu haqda bu gün, 30 oktyabr tarixində Bakı Nəqliyyat Agentliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunan ərazidən keçən müntəzəm marşrut xətlərinin avtobuslarında gecikmələr müşahidə olunur.

Sıxlığa səbəbin yol-nəqliyyat hadisəsi olduğu bildirilir.

Foto Bakı Nəqliyyat Agentliyinin rəsmi Telegram kanalı
Foto Bakı Nəqliyyat Agentliyinin rəsmi Telegram kanalı