Bakıda Fövqəladə Hallar Nazriliyinin əməkdaşları tərəfindən iki intihar cəhdinin qarşısı alınıb. Bu haqda FHN-nin mətbuat xidməti məlumat verib.

31 oktyabr gecə saatlarında Nərimanov rayonu Aşıq Molla Cümə küçəsində bir nəfər intihara təşəbbüs edib. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasetmə qrupu hadisə yerinə cəlb olunaraq vətəndaşı son anda xilas edib və aidiyyəti üzrə təhvil verib.

Bu gün, 1 noyabr tarxində daha bir oxşar hadisə baş verib. Yasamal rayonunda naməlum şəxs beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin pilləkən qəfəsindəki pəncərəyə çıxaraq intihar etmək istəyini bildirib. Hadisə yerinə FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub, vətəndaşla psixoloji söhbətlər apardıqdan sonra, o, özünə qəsd etmək fikrindən daşınıb.

Daha öncə, 28 oktyabr Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Bakıda intihara cəhdin qarşısını almışdırlar.