Bakıda “Zəfər günü”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində 2 noyabr tarixində

“Qarabağ Azərbaycandır!” adlı konsert keçiriləcək. Tədbir Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə saat 19:00-da Heydər Əliyev Sarayında baş tutacaq.

Konsert proqramında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Okrestri Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu altında ifa edəcək. Bununla yanaşı proqramda Xalq artisti Gülbacı İmanovanın rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası və Azərbaycan Milli Konservatoriyasının Xoru çıxış edəcəklər. Tələbə xorunun bədii rəhbəri qismində Leyla Rzayeva iştirak edəcək.

Bundan əvvəl, “Zəfər günü”nə həsr olunmuş silsilə tədbirlər çərçivəsində keçirilən “4.4” Qısa tamaşalar Festivalı barədə məlumat vermişdik.