Noyabrın 10-dan Bakıda ödənişsiz “Gənc müəllim – BİRincidir” təlimə start verilir.

Layihəsinin əsas məqsədi pedaqoji ixtisaslarda təhsil alan tələbələrin peşə qabiliyyətlərini artırmaqdan ibarətdir. Təlim 7 moduldan ibarət olacaq, “Office” proqramlarından istifadə etmək bacarığı və ingilis dili biliyinin olması üstünlükdür.

Layihə çərçivəsində bir-neçə mövzulara toxunulacaq:

  • Fundamental müəllimlik təlimi nədir
  • Müəllimin pedaqoji ustalığı
  • Dərsə hazırlıq və şagirdin sinifə gətirdiyi şəxsi keyfiyyətlər
  • İzahatın quruluşu
  • Sinfin idarə olunması
  • Planlama
  • Emosional intelekt

Təlim 10 noyabr 2021-ci il tarixindən etibarən hər həftənin 3-cü günü, saat 10:00-13:00 və 14:00-17:00 ödənişsiz şəkildə təşkil olunacaq. Təlimdə iştirak etmək üçün linkə daxil olub qeydiyyatdan keçmək mümkündür.

Qeyd edək ki, layihə “Bir Könüllü” Təşkilatı və Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilir.